Bakıda zavodda partlayış - ölən var

img

20-11-2014 [13:11]


Bakının Yasamal rayonunda ölüm faktı qeydə alınıb. Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun anspress-ə verdiyi məlumata görə, hadisə Azon zavodunda baş verib.

 Belə ki, dünən saat 13 radələrində həmin zavodda çilingər işləyən 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov soyuducu kompressorun partlaması nəticəsində xəsarət alıb. Sinəsindən aldığı xəsarətdən Ə.Bağırov iş yerindəcə ölüb.

 Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR