Qar yağacaq - Nazirlikdən xəbərdarlıq

img

20-11-2014 [12:56]


Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 21-i axşam respublikanın şimal-şərq rayonlarından başlayaraq, noyabrın 26-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq.

Ölkə ərazisində noyabr ayının III ongünlüyünün 1-ci yarısında qeyri-sabit, dəyişkən hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Noyabrın 26-dək ölkədə fasiələrlə yağıntılı hava müşahidə edilcək. Lakin noyabrın 23-dən 25-dək hava şəraitinin bir qədər kəskinləşəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.

Yağıntılar respublikanın dağlıq və dağətəyi rayonlarına sulu qar və qar şəklində düşəcək.

Noyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 11-14 dərəcə , 23-25-də isə 4-7 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlrəəd şiskinli olacağı, gecə saatlarında yaöış yağacağı ehtimalı var. Mülayim Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Bəzi şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR