Ziyafət Əsgərov: “ATƏT-in helikopterlə bağlı bəyanatı təxribatdır”

img

20-11-2014 [12:40]


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ATƏT-in Minsk qrupu həmsədrlərinin cəbhənin Ağdam istiqamətində vurulmuş erməni helikopteri bağlı bəyanatına münasibət bildirib.

Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Z. Əsgərov bildirib ki, ATƏT-in həmsədrləri son açıqlamalarında təxribatlı bəyanat veriblər: ”Bəyanatda iddia edilir ki, guya vertolyot neytral əraziyə dşüüb. Bu nə deməkdir? Burada heç bir neytral ərazidən söhbət gedə bilməz.Vertolyotun düşdüyü ərazi Azərbaycan ərazisidir. ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onların bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR