Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı tədbir

img

20-11-2014 [12:13]


"Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Lənkaran şəhəri və Yardımlı rayonunda "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi ” adlı layihə icra edir.

Layihənin əsas məqsədi müxtəlif yaş qruplarından, əsasən 3-12 yaş arası olan (3-6 yaş arası baxçaya yerləşdirilmə imkanları olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində yaşayan 30 nəfər uşağa xidmət göstərmək məqsədilə Günərzi Mərkəzə cəlb etməkdir. Mərkəzin fəaliyyətinin ilkin məqsədi çətin həyat şəraitində olan ailələrinin övladlarının cəmiyyətə qatılmasına və onlar üçün sosial bərabərliyin yaradılmasına nail olmaqdır. Burda uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi,onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi həyata keçirilir.Eyni zamanda uşaqların hüquqi müvəkkilliyinin təmin edilməsi,uşaqların maraq və qabliyyətinə uyğun müxtəlif dərnəklər vasitəsi ilə özünəxidmət bacarığının artırılması xidmətləri də göstərilməkdədir.

Layihə çərçivəsində Günərzi Mərkəzlərdə mövcud resurslar daxilində uşaqların gün ərzində 4(dörd) dəfə olmaqla qidalanması təmin edilir. Qidalanma layihənin tələblərinə uyğun qaydada həyata keçirilir. Burada əsas məqsəd çətin həyat şəraitində olan ailələrə bu baxımdan dəstək olmaqdır.Layihdə həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasyasının təmin edilməsi,bu tip uşaqlara zəruri tibbi yardımların göstərilməsi həyata keçirilir.

Layihə çərçivəsində Yaradılan Günərzi Mərkəz həftənin 5 günü saat 08:00-20 :00-dək fəaliyyət göstərir.

İctimai Birliyin sədri Şəfəq Qədirli layihə haqqda danışarkən bildirdi ki,Günərzi Mərkəz ilk fəaliyyətə başlayandan indiki dövrlə müqaisədə Mərkəzə gələn dil qüsurlu,başqa uşaqlarla uyğunlaşma problemi olan uşaqlarda geniş irəliləmə müsahidə olunur.Onların aktivliyi və ünsiyyət qurması əvvəlki vaxtdan indiyə əhəmiyyətli dərəcədə inkişaf edib.Mərkəzdə mütəmadi təşkil olunan əyləncəli tədbirlər uşaqların "Baxca fobiasını” aradan götürür.Mərkəz işçiləri və valideyinlər arasında effektiv münasibət qurulub.Birliyin sədri qeyd etdi ki,layihə çərçivəsində Mərkəzə nisbətən uzaqda yaşayan uşaqların aparılıb gətirilməsi üçün xüsusi nəqliyyat vasitəsi də ayrılmışdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR