“Nar Mobile” jurnalistlərlə növbəti görüş keçirilib

img

20-11-2014 [12:07]


19 noyabr 2014-cü ildə "Nar Mobile” Mətbuat klubunda media nümayəndələri ilə növbəti görüş keçirilib. Bakı Biznes Mərkəzində qeyri-rəsmi müstəvidə keçirilən ənənəvi görüş "Azerfon” şirkətinin 2014-cü ildəki fəaliyyəti və şirkətin mobil rabitə təminatçısı və rəsmi tərəfdaşı olduğu Bakı-2015 Avropa oyunlarına həsr olunub. 

Çoxsaylı jurnalist və ictimaiyyət nümayəndələrinin qatıldığı görüşü "Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai açıq elan edib. Daha sonra qonaqları salamlayan şirkətin marketinq üzrə Baş direktoru Maksim Fyodorov təqdimatla çıxış edib və "Nar Mobile” mobil operatorunun fəaliyyətindəki yeniliklərdən söhbət açıb. Mətbuat klubunun qonaqları görüşdə iştirak edən ilk Avropa oyunlarının Təşkilat komitəsinin rəhbər nümayəndələri ilə də qeyri-rəsmi təmas qurmaq fürsəti əldə ediblər. Görüş zamanı bu və ya digər məsələlərlə bağlı ölkənin tanınmış jurnalistləri ilə geniş fikir mübadiləsi aparılıb. Mükəmməl ünsiyyət platformu olan Mətbuat klubundakı bu görüş istirahət zəminində keçib və media nümayəndələri üçün səmərəli olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR