MTN-dən vəhhabilərin gizli təlimi ilə bağlı - AÇIQLAMA

img

20-11-2014 [11:53]


Milli Təhlükəsizlik Nazirliyi vəhhabilərin Bakının Xocasən ərazisində gizli şəkildə hərbi təlim keçməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev AzNews.az-ın sorğusuna cavab olaraq deyilib ki, bununla bağlı nazirlikdə hər hansı məlumat yoxdur:

"Əgər hansısa valideyndə belə bir informasiya varsa, mətbuata yox, bizə müraciət etsin”, - deyə MTN sözçüsü bildirib.

Xatırladaq ki, iki gün öncə Axar.az saytı Bakının Xocahəsən ərazisində vəhhabilərin gizli təlim keçməsi ilə bağlı məlumat yaymışdı.

Sulutəpə sakininin sözlərinə görə, qəsəbədə yaşayan ailənin gənc övladı artıq illərdir ki, vəhhabilərin ideoloji təsiri altındadır.

Sakin deyib ki, vəhhabilərin təsiri altında olan gəncin anası onlardan yardım istəyir.

Mömin xanım olan ananın vəhhabi oğlu, hətta azyaşlı qız övladını belə məktəbə getməkdən yayındırıb. "Oğlumu vəhhabilər vaxtaşırı olaraq Xocasən tərəfdə harasa aparırlar. Ona silahla davranmaq dərsi keçirlər. Gizli şəkildə məşq edirlər, yəqin müharibəyə gedəcəklər”, - deyə ana sakinlərə bildirib.

Ananın söylədiklərinə görə, oğlu evi və bütün ev əşyalarını satışa çıxarıb. Səbəbini isə izah etmir. Ana şübhələnir ki, bütün əmlakını satandan sonra oğlu Suriyaya gedəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR