Vurulan helikopter generalın qovulmasına səbəb oldu

img

20-11-2014 [11:44]


Azərbaycan ordusunun erməni helikopterini vurması Ermənistan ordusunda vəzifədən çıxarılmalara səbəb olub.

Avropa.info xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə general-leytenant, Ermənistanın baş hərbi müfəttişinin birinci müavini Leonid Martirosov tutduğu vəzifədən azad edilib.

İstefaya səbəb kimi Ermənistan ordusunun son günlərdəki hərbi uğursuzluğu, erməni vertolyotunun Azərbaycan tərəfindən vurulması göstərilir.

Qeyd edək ki, 12 noyabr 13:45 radələrində, atəşkəs xəttində Azərbaycan ordusunun mövqelərinə hücum etmiş Ermənistan hava qüvvələrinin vertolyotu bizimkilər tərəfindən vurularaq partladılmışdı. Hadisə zamanı birnin rütəbsi mayor olmaqla, 3 erməni hərbçisi həlak olmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR