Təhsil müəssisələrində imtahan vaxtı dəyişdi-ƏMR

img

20-11-2014 [11:09]


2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası bu il mayın 31-nə qədər başa çatdırılacaq.

Mia.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, Təhsil Nazirliyi təhsil müəssisələrinə bu barədə imzaladığı əmrlə bağlı bildiriş göndərib. Əmrə əsasən, ali məktəblərdə dərs sessiyalarının müddətində də dəyişiklik edilib. Əmrdə qeyd olunur ki, 2014-2015-ci tədris ilinin dərs sessiyası dekabrın 28-də başa çatdırılmalıdır.

Qış imtahan sessiyası dekabrın 29-dan başlayaraq yanvarın 18-nə qədər bitməlidr. Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılacaqlar. Yaz sessiyası yanvarın 26-dan mayın 9-na qədər keçiriləcək. Yay imtahan sessiyası mayın 11-dən 24-nə qədər davam edəcək.

Dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR