Bakıda yol polislərini bıçaqladılar

img

20-11-2014 [11:04]


Bakıda yol polisləri bıçaqlanıb. MİA Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Cəfər Xəndan küçəsində xidməti vəzifəsini yerinə yetirən zaman Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, polis inspektorları naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bıçaqlanıblar və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətiriliblər.
İlkin araşdırmalardan sonra hər iki yol polisi əməkdaşının "Nissan” markalı avtomobildə olan şəxslər tərəfindən bıçaqlanması məlum olub. Bəlli olub ki, avtomobil Bakı şəhər sakini Ağayev İlham Əbülfət oğlunun adına qeydiyyatdadır.
Faktla bağlı cinayət işi açılıb. Yol polislərini bıçaqlayan şəxslər axtarılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR