“Hafka”nın komandasında dava - FOTOLAR

img

19-11-2014 [17:15]


Azərbaycan Premyer Liqasının 12-ci turunda sabah "Qarabağ"la qarşılaşacaq "Bakı" klubunun bugünkü məşqində qalmaqal baş verib.

Qol.Az-ın məlumatına görə, hazırlıq zamanı "zolaqlılar"ın iki futbolçusu - Nuran Qurbanov və Jaba arasında gərginlik yaşanıb.

Buna futbolçuların bir-birilərinə ötürmə verməmələrinin səbəb olduğu bildirilir. Futbolçuları komanda yoldaşları ayırıb. Bu səbəbdən gərginlik əlbəyaxa dava həddinə çatmayıb. Jaba komanda yoldaşını təhqir edərək məşqi yarımçıq tərk edib və paltardəyişmə otağına yollanıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR