“Dedi, üzündən öpəcəm, qəfil dodağımdan öpdü”-Azərbaycanlı aktrisa

img

18-11-2014 [14:18]


Lider TV-də yayılanan "Qisas” serialında rol alan aktrisa Vəfa Babayeva tərəf müqabili, aktyor Cavanşir Hadıyevdən bəhs edib.

Ailem.az kulis.az-a istinadən xəbər verir ki, V.babayeva C.Hadıyevin xarizmatik aktyor olduğunu, amma sevgi səhnələrinin ona yad olduğunu deyib: "Dava, atışma səhnələri, "krutoy” obrazlar ona daha çox uyğundur, nəinki sevgi səhnələri. Hiss edirdim ki, özü də bu səhnələrdə məsafəli davranır. Həm də namaz qılandır. Ssenaridə öpüşmə səhnələri vardı, dedi ki, mənim 15 yaşımda qızım var. Mən onu eləyə bilmərəm. Bu cür səhnələri çıxartdılar. Amma İstanbulda çəkilişlər zamanı gözlənilməz bir şey oldu. Sadəcə dodağımdan öpdü. Onu Cavanşir müəllim gözlənilməz elədi. Çəkiliş gedir, biz söhbət edirik. O, deyir ki, mən sənin üzündən, yanağından öpəcəyəm və qəfildən dodağımdan öpdü. Donub qaldım, amma vəziyyətdən çıxdım”.

Aktrisa eyni zamanda, ötən həftə "Space” kanalında yayımlanan "Günaydın” verilişində dediyi sözlərdin qalmaqal yaratmasına da münasibət bildirib: "Serialdakı zorlanma səhnəsindən danışanda dedim ki, orda açıqlıq yoxdur. Sadəcə, ayaq görünür. Köynəyim açılsa da, altdan mayka geyinmişdim. Saytlardan biri də yazdı ki, guya mən demişəm ki, erotik səhnələrdən zövq alıram, çılpaq çəkilmişəm. Elə söz deməmişəm. Hətta düşündüm ki, saytı məhkəməyə verim. Sosial şəbəkələrdə mənə, atama təhqiramiz sözlər yazıldı. Psixoloji travma aldım. Ataya qarşı zəifliyim var. Atamı uşaq yaşlarımdan itirmişəm. Ona aid nəsə təhqiramiz söz işlədəndə hisslərimi idarə edə bilmirəm. Bəxtim onda gətirib ki, anam aktrisadır, məni anlayır. Başqası olsaydı, haqqımda yazılanlardan sonra qadağa qoyardı. Anam dedi ki, qızım, biz bunu gözləyirdik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR