Azərbaycanda bu arayışlar elektron qaydada veriləcək - SİYAHI

img

05-11-2014 [16:58]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron hökumətin formalaşdırılması istiqamətində beynəlxalq təcrübəni öyrənir, yeni təcrübələri "Elektron hökumət” portalına tətbiq edir.
 
Bu yaxında MHM-in nümayəndələrinin İstanbulda, Astanada, Florensiyada keçirilən sərgilərdə iştirakından sonra e-arayışların tətbiq edilməsi üzərində iş gedir.
 
Tezliklə ölkədə yaşayış yeri, diplom, rabitə və kommunal xidmət borclarının olmaması, abituriyentin ali məktəbə daxil olması (Səfərbərlik Xidmətinə vermək üçün), iş yeri və əməkhaqqı, sağlamlıq barədə tibbi və pensiya kapitalı barədə arayışlar, eləcə də bəzi etibarnamələr və şəxsiyyət vəsiqəsinin surəti elektron şəkildə təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR