İŞİD 50 nəfəri öldürdü, 200 nəfəri isə girov götürdü

img

01-11-2014 [10:49]


İŞİD İraqın Ramadi şəhərində aralarında qadınların da olduğu 50 adamı öldürüb.

Bu haqda məlumatı "El-Bunimer” sünni tayfasının şeyxi Naim əl-Kaud yayıb. Məlumatda deyilir ki, İŞİD yaraqlıları qadın və uşaqların olduğu 200 nəfəri isə girov götürüb.

Naim əl-Kaud bildirib ki, girovlar Rasul Ma bölgəsinə aparılıb. 50 nəfərin isə baş nahiyyələrindən və sinələrindən aldıqları güllə yarasından dünyalarını dəyişdiyi deyilir.

Qeyd edək ki, terror təşkilatı İŞİD Mosul başda olmaqla İraqın bir çox bölgələrini ələ keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR