Məmurların şəxsi heyvanxanaları: pələng, şir, qonur ayı - FOTOLAR

img

31-10-2014 [20:30]


Ermənistanın hakim Respublika Partiyasından olan deputat Mqer Sedrakyanın qonşuları onun saxladığı şirlərin bərk bağırtısından şikayət ediblər. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputatın qonşuları "EurasiaNet.org”un redaksiyasına şikayətlərini ünvanlayaraq bu problemini arzuladıqlarını bildiriblər.

Bir mənbənin məlumatına görə, bu kiçik Zaqafqaziya ölkəsində pələng, şir və ayıların saxlandığı şəxsi heyvanxanalar Ermənistanın varlı və nüfuzlu şəxslərinin populyar hobbisinə çevrilib.

Ermənistan vəhşi heyvanların ovu qanunla qadağandır, ancaq digər ölkələrin heyvanxanalarından pələng gətirmək olar.Ekzotik heyvan həvəskarları arasında "Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan da var. O, Ermənistanın ən qüdrətli siyasi xadimlərindən biri sayılır. Mənbənin bildirdiyinə görə, onun ideal şəraitdə yaşayan 12-yə yaxın şiri və ağ pələngi var.Ermənistanın müdafiə nazirinin müavini, general-leytenant Manvel Qriqoryanın da şəxsi heyvanxanası var. Tavuş vilayətinin rəhbəri Ovik Abovyanın isə qonur ayıları var.







Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR