Millimizə baş məşqçi gətiriləcəyi deyilən Prosineçki danışdı

img

31-10-2014 [19:32]


Xorvatiyalı mütəxəssis Robert Prosineçki Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın "Kurir-info.rs" saytına istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssis Azərbaycan Futbol Federasiyanın nümayədənləri ilə görüşdüyünü, ancaq qarşı tərəfə dəqiq cavab verə bilmədiyini deyib:

"Bəli, Fransada Azərbaycan Futbol Federasiyanın nümayədələri ilə görüşdüm. Danışığımız baş tutdu. Mənimlə görüşən AFFA-nın səlahiyyətli şəxsləri Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olduğumu dedilər. Lakin bu, sadəcə bir görüş idi. Mən onlara dəqiq cavab verə bilmədim. Buna görə də Bakıya səfər etmək planlarıma daxil deyil". 

Qeyd edək ki, daha öncə Xorvatiya millisində Slaven Biliçin köməkçisi vəzifəsində işləyən R.Prosineçki məşqçilik karyerasında "Srvena Zvezda" və "Kayserispor" klublarını çalışdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR