Poroşenko yeni baş nazirin adını açıqladı

img

31-10-2014 [19:26]


Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın yeni baş naziri postuna irəli sürəcəyi namizədlə bağlı öz qərarını verib. 

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Pyotr Poroşenko” parlament fraksiyasının bugünkü toplantısında prezident öz silahdaşlarını hazırkı baş nazir Arseniy Yasenyukun namizədliyini müdafiə etməyə çağırıb.

Xatırladaq ki, ötən bazar ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Yasenyukun "Xalq Cəbhəsi” bloku qalib gəlib. Prezidentin seçki bloku isə cüzi fərqlə ondan sonra ikinci yeri tutub. 

Ali Rada seçkilərdən sonrakı 10 gün ərzində koalisiyalı hökumət formalaşdırmalıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR