Hər biri 350 min manat dəyərində 75 mənzili olan icra başçısı - İDDİA

img

31-10-2014 [18:21]


Son illər bir sıra dövlət məmurlarının ciddi kapitala sahiblənmələr, biznes şəbəkəsi qurmaları ilə bağlı məlumatlar bir-birini əvəzləyir. Hətta harınlamış bu tip məmurlarla bağlı prezident İlham Əliyevdə açıqlama verərək onlara qarşı sərt mübarizə aparılacağını söyləmişdi. 

Məlumatların təhlili göstərir ki, son illər dövlət məmularının əyləncəsinə çevrilən vərdişlərdən biri də daşınmaz əmlak sahibi olmaq, daha qiymətli villaya sahiblənməkdir. 2 milyondan 25 milyon manata qədər aralıqda dəyişən dəyərli villaların əldə olunması bu baxımdan artıq adiləşib. 

Mia.az "Gunpress.az” saytına istinadən xəbər verir ki, mənzil sahibi olmaq həvəsində olan və bunu az qala, hobbi həddinə çatdıranlardan biri də Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. Verilən məlumata görə, özü hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan tikdirdiyi hər binada min kvadrat metrlərlə ölçüdə olan mənzili icra başçısı özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq ağılasığmaz zövqlə təmir etdirir: "Hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız Bakının mərkəz hisssində 75 mənzili var ki, ən ucuz mənzilin qiyməti 350 min manatdır. Amma Razim Məmmədovun ən sevimli mənzili keçmiş "Muğan” otelinin yerində tikilən hündürmətəbəli binadadır". 

Məlumata görə, həmən binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar, bir sözlə, ən böyük villalarda belə olacaq imkanları yaradıb: "Razim Məmmədovun bu günə qədər diqqəti çox cəlb etməməsinin başlıca səbəblərindən biridə budur ki, o, hansı bizneslə məşğul olursa-olsun mütləq bu işi şəriklə görür və şərikləri özündən qat-qat yüksək vəzifədə olanlardır. Buna görə də Razim Məmmədov bu məmuların kölgəsinə çəkilməklə diqqətdən yayına bilir. Amma deyəsən, icra başçısının bu fəndi artıq hamıya məlum olub və hazırda onun sərvətinin yüz milyonlarla manat olduğu söylənilir".

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR