Sabirabadda evə basqın edən maskalı yeniyetmə qızı yaralayıb

img

31-10-2014 [18:02]


Sabirabad sakini evə quldur basqını edərək, ailə üzvünə xəsarət yetirib və qızıl-zinət əşyalarını oğurlayıb. Sabirabad rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Axıska kəndində yaşayan Şıxəliyev Zaur Heybəli oğlu polisə müraciətində bildirib ki, evinə üzündə maska olan naməlum şəxs basqın edib. Naməlum şəxs 1998-ci il təvəllüdlü Fidan Şıxəliyevanı bıçaqla hədələyərək xəsarət yetirib və daha sonra qızıl-zinət əşyalarını oğurlayaraq, aradan çıxıb.
 
Zərəçəkən qız bunları deyib: "Mən otaqda idim, iş görürdüm. Səs gəldi. Qapıya dönüm baxmaq istəyəndə maskalı adam gördüm. Onu görüb bıçağı arxamda gizlətdim. O girdi içəri, ağzımdan tutdu. Yerə yıxdı məni vurmaq istədi. Pəncərəyə qaçdım, qışqırdım. Dedim özümü öldürəcəyəm, ya da səni. Gəlib bıçağı aldı əlimdən. Məni də götürüb otağa apardı. Qızılların yerini soruşdu. Dedi ki, 10 min tapmasa, başımı balta ilə kəsəcək. Qonşu qapını döydü, o da çıxıb getdi".
 
Hadisəni törətmiş 1973-cü il təvəllüdlü Səmədov Namiq Səmid oğlu yaxalanıb, ondan bıçaq, balta, maska, əlcək, həmçinin oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR