Beynəlxalq Futbol Federasiyaları Birliyi yanlışlığa görə üzr istədi

img

31-10-2014 [15:59]


Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) yol verilən yanlışlığa görə üzr istəyib.

ANS PRESS-in məlumatına görə, Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının təqdimat filmində Krımı Rusiya xəritəsində göstərən görüntü əks edilib. 

FIFA-dan bildirilib ki, 2018-ci il futbol üzrə dünya çempionatının loqo təqdimatı üçün təşkilat komitəsi yerli reklam agentliyini vəzifələndirib:

"Yerli reklam agentliyi tərəfindən istifadə olunan Rusiya xəritəsi diqqətimizdən qaçıb. Filmdəki həmin hissə videodan çıxarılıb", -deyə FİFA-nın məlumatında bildirilib. 

Qeyd edək ki, Krımdakı mövcud vəziyyət futbolla bağlı bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, UEFA avqust ayında verdiyi qərara əsasən, Rusiya liqasına daxil olan 3 Krım komandasının matçlarını tanımayacağını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR