Havalar kəskin dəyişəcək, yağış yağacaq

img

31-10-2014 [15:31]



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 02-si günün ikinci yarısından başlayaraq hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin, 8-10 dərəcə aşağı enəcəyi, noyabrın 2-si axşam, noyabrın 3-ü və 4-də havanın soyuq keçəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir. 
Hava fasilələrlə yağıntılı olacaq. 

Respublikanın rayonlarında isə noyabrın 01-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 05-dək hava şəraitinin əlverişsiz keçəcəyi, arabir yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. 

Noyabrın 02-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə aşağı enəcək. Bəzi rayonlarda güclü qərb, şimal-qərb küləyi əsəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR