“Youth Inc.” Proqramı çərçivəsində gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib

img

31-10-2014 [15:04]


 "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) və "Coca-Cola” şirkətinin Azərbaycanda birgə həyata keçirdiyi "Youth Inc.” Proqramı çərçivəsində gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib.

"Youth Inc.” Proqramı DVC tərəfindən "Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqram gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Proqramın əsas tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi, Coca-Cola Şirkəti və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyidir. Coca-Colanın əsas məqsədlərindən biri Azərbaycanda gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır. Coca-Cola öz resurslarından yerli icmaların inkişafına investisiya qoyur. Son iki ildə Youth Inc çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.

ATV telekanalında yayımlanan "İdeya Qazandı!” işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar üçün keçirilmiş ilk təlimdə 30-a yaxın gənc sahibkar iştirak edib. İştirakçılar biznes ideyanın təqdim olunması, layihələndirilməsi və başqa mövzular ətrafında bilik və bacarıqlara yiyələniblər.

Təlimin iştirakçısı Ramin Səmədov həyata keçirilən təlimin gənc sahibkarlara fayda verdiyini və müsabiqədə uğurlu nəticələr əldə etmək üçün bir vasitə olduğunu vurğulayıb.

Təlimin digər iştirakçısı Təbrizə Quliyeva isə təlimdən sonra sahibkarlıq fəaliyyəti haqqında yeni biliklər əldə etdiyini bildirib, həmçinin, müsabiqədə iştirakında bu biliklərdən istifadə edəcəyini və müsabiqədən uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib.

Proqram çərçivəsində növbəti təlimlər 1-2 noyabr tarixlərində təşkil olunacaq. "İdeya Qazandı!” işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar təlimlərin təşkili üzrə məsul şəxs – Günay Əzizova ([email protected], (+994 12) 441-16-27) ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, "İdeya Qazandı” televiziya müsabiqəsi Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti tərəfindən tərəfdaşları ilə birgə həyata keçirilən biznes formatlı ilk televiziya verilişidir.

DVC("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanın 45 regionunda 33000 üzvü əhatə edir. DVC Azərbaycanda gənc sahibkarlara dəstək və Biznes İnkubatorların yaradılması proqramı «Youth Inc»in müəllifidir. Proqramın inkişafı çərçivəsində təşkilat AmCham (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Asosiasiyası) və NBİA (Milli Biznes-İnkubatorlar Asosiyasiyası) tam hüquqlu üzvü olmuşdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub