Ziya Məmmədovun oğlu qətllə bağlı mətbuat konfransı keçirəcək - Açıqlama

img

31-10-2014 [14:26]


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun adı ilə bağlanan qətlin təfərrüatı ilə bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcək.

 

Mia.az Axar.az-a istinadən xəbər verir ki,  Anar Məmmədovun vəkili Ruslan Məmmədov Türkiyənin "Hürriyet” qəzetində Ziya Məmmədovun oğlunun ondan pul oğurlayan mühafizəçini öldürtməsini sifariş verməsi ilə bağlı yazılan yazıya münasibət bildirərkən dedi.

 

R.Məmmədov yaxın günlərdə mətbuata geniş məlumat veriləcəyi üçün əlavə açıqlamaya indidən heç bir ehtiyac görçədiyini bildirdi: "Yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcək. Həmçinin məsələ ilə əlaqədar lazım olan bütün hüquqi addım atılacaq”.

 

Qeyd edək ki, Türkiyənin "Hürriyet” qəzeti 2013-cü il mayın 14-də Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Türkiyədəki cangüdənləri arasında baş verən silahlı insident haqqında yenidən yazıb.

 

2013-cü il mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verən bu qanlı hadisə Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının, eləcə də "Qarant Holdinq"in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşlı ehtiyatda olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşlı Kubilay Göl arasında yaşanıb. Mübahisə nəticəsində Kubilay Göl İsmayıl Gənci silahla yaralayıb. Faktla bağlı cinayət işi açılıb və 2013-cü il dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.

 

"Hurriyet” qəzetinin yazdığına görə, Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib. Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR