Ramil Usubovun qovduğu deputatlığa keçmiş namizəd həbs olundu

img

31-10-2014 [14:00]


Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edilib.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
 
M.Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, M.Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.
 
M.Osmanov 2010-cu ildə keçirilən parlament seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR