Prosineçkinin milli komandaya gəlişi təkzib edildi - RƏSMİ

img

31-10-2014 [13:58]


Yerli KİV-lərdə Xorvatiya mətbuatına istinadən xorvat mütəxəssis Robert Prosineçkinin futbol üzrə Azərbaycan millisinin sükanı arxasına gətirilməsi ilə bağlı xəbərlər yayılıb. 

Xəbərlərdə dünya üçüncüsünün ilinə 3 milyon avro alacağı və  noyabrda Norveçlə keçiriləcək rəsmi görüşdə debüt edəcəyi bildirilir.  Adalet.az bununla bağlı rəsmi məlumat almaq üçün AFFA-nın mətbuat xidməti ilə əlaqə saxlayıb. Federasiya sözçüsü Firuz Abdulla rəsmi məlumatın olmadığını bildirərək, xəbəri təkzib etdi: "Bu dezinformasiyadır. Prosineçkinin təyinatı ilə bağlı xəbərlərin heç bir rəsmi əsası yoxdur. Mətbuatın yeni kəşf etdiyi mifik mənbələrdir, istinad edirlər",

Mətbuatda baş məşqçi postuna namizəd göstərilən şəxslər haqqında maraqlandıqda isə federasiya sözçüsü bunun da heç bir rəsmi əsası olmadığını bildirdi: "6 il bundan əvvəl Berti Foqts yığmanın sükanı arxasına gətirilməmişdən öncə AFFA namizədlərin rəsmi siyahısını açıqlamışdı. İndi isə  gizliliyə üstünlük veririk. Odur ki, namizədlərlə bağlı yayılan xəbər heç bir rəsmi əsasa söykənmir". 

Digər xəbərlər
SON XƏBƏRLƏR