İŞİD ətrafında həlqə daraldırılır - VİDEO

img

31-10-2014 [13:40]


Bu gün daha 140 əsgərin Kobani cəbhəsinə buraxılacağı gözlənilir.

ANS TV-nin məlumatına görə, peşmərgənin Kobaniyə daxil olması ilə əlaqədar anti-İŞİD qırıcıları da fəallığını artırıb. Məlumata görə, ABŞ qırıcıları Kobanidə İŞİD silahlılarının 10-dan çox mövqeyini bombalayıb.

İŞİD-ə qarşı döyüşlərdə Azad Suriya Ordusu da öz dəstəyini göstərib. Suriya rejiminə qarşı olan qruplaşma İraq peşmərgələrinin Kobaniyə dəstək verməsini alqışlarla qarşılayıb. Ordu komandiri Nizər əl-Xatib sonuncu döyüşlər zamanı Kobanidə sənaye bölgəsinin İŞİD-çilərin işğalından xilas edildiyini deyib. Əl-Xatibin sözlərinə görə, hazırda Azad Suriya Ordusundan Kobanidə 400-dən çox əsgər döyüşür. 

Suriya hökuməti Türkiyənin öz ərazisindən peşmərgələrə dəhliz açmasını ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. Amerika isə Türkiyənin anti-İŞİD koalisiyasına qoşulması üçün təkliflərini davam etdirir. Bu barədə ölkənin müdafiə naziri Çak Heyqel məlumat verib. 

Türkiyə anti-İŞİD koalisiyasına qoşulmaq üçün koalisiya qarşısında qoyduğu əsas şərtlərdən biri kimi koalisiyanın eyni zamanda prezident Bəşər Əsədi hədəfə almasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR