“Gürcüstandan idxal edilən maşınların sayı azalıb”

img

31-10-2014 [13:35]


Azərbaycanda "Avro4” standartının tətbiqi ilə bağlı Gürcüstandan idxal edilən avtomobillərin sayı xeyli azalıb

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev verib.
 
"Avtomobil idxalının azalmasına baxmayaraq, gömrük dəyərləndirilməsi məsələlərinin ildən ilə təkmilləşdirilməsi ilə əlaqədar oktyabrın 31-ə kimi plan proqnoz tam yerinə yetirilib. Növbəti ildə gömrük orqanlarına bundan da artıq plan proqnoz nəzərdə tutulub. Mövcud olan imkanlar təhlil olunaraq çalışacağıq ki, gələn ildə plan proqnozu yerinə yetirək”, - deyə A. Əliyev bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR