Göyçayda cəbhəçi gənc həbs olunub

img

31-10-2014 [12:52]


XCP Göyçay rayon şöbəsinin gənclər komitəsinin üzvü Məhəmməd Mirzəliyə 20 sutka inzibati həbs cəzası verilib.

AXCP-nin yerli təşkilatından "Azadlıq” radiosuna bildiriblər ki, Məhəmməd Mirzəli Bakı-Qazax yolunun Göyçaydan keçən hissəsində yolun kənarı ilə gedirmiş: "Onu izləyən Göyçay Post-Patrul Xidmətinin (PPX) əməkdaşları Mirzəlini saxlayıblar ki, nə üçün yolla gedir. Mirzəli cavab verib ki, səki olmadığından yolun kənarı ilə getməyə məcburdur. Bundan sonra PPX əməkdaşları onu rayon polis şöbəsinə aparıblar. Şöbədə onun guya ictimai yerdə söyüş söydüyü və polisə müqavimət göstərdiyi rəsmiləşdirilib. Daha sonra onu rayon məhkəməsinə aparıblar”.

Məhəmməd Mirzəlinin ailəsi həbsi onun ictimai-siyasi fəallığı ilə bağlayır.

Göyçay Rayon Polis İdarəsindən "Azadlıq” radiosuna deyiblər ki, Məhəmməd Mirzəli polisin qanuni tələblərinə tabe olmamaqda suçlu bilinib və məhkəmə ona 20 sutka həbs cəzası kəsib.

Ailəsindən isə xəbər veriblər ki, Məhəmməd Mirzəlini 2-3 gün imiş tanımadığı adamlar izləyirmiş. Ailəsi güman edir ki, həbsi Məhəmmədin ictimai-siyasi fəallığı ilə bağlıdır. Fəallıq etməməsi üçün ona xəbərdarlıq da olunubmuş.

Digər xəbərlər
SON XƏBƏRLƏR