Kəlbəcər girovlarının Ermənistanda növbəti “məhkəmə prosesi” - VİDEO

img

31-10-2014 [11:14]


İşğal altındakı Kəlbəcər rayonunda Qarabağ separatçıları tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Xankəndində növbəti qondarma məhkəmə prosesi qurulub.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistan mediasına istinadən xəbər verir ki, girovlar tək-tək "hakim” Anatoli Tadevosyanın qarşısına çıxarılaraq suallara cavab veriblər. 


Qeyd edək ki, separatçı rejimin soydaşlarımıza qarşı təşkil etdiyi qondarma məhkəmə oktyabrın 27-dən başlayıb. Girovlar məhkəmədə onlara qarşı irəli sürülən "casusluq” ittihamının doğru olmadığını, işğal olunmuş Qarabağla Azərbaycan arasında sərhəd tanımadıqlarını bildiriblər. 





Digər xəbərlər
SON XƏBƏRLƏR