14 yaşlı qızına narkotik verib, zorlatdı

img

31-10-2014 [10:26]


İngiltərədə 14 yaşlı qızına narkotik maddə qəbul etdirərək onu pul qarşılığında intim əlaqəyə məcbur edən ana saxlanılıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər yerli "Mirror” qəzetində yayılıb. 

Məlumata görə, 29 yaşlı Linn Qilder qızını 60 funt-sterlinq (75 manat) qarşılığında Maykl But adlı şəxsə satıb. Həmin şəxs isə avtomobilinin arxasında 14 yaşlı yeniyetmə ilə intim münasibətdə olub. 

Məhkəməyə cəlb olunan Qilder günahsız olduğunu, qızını 18 yaşında bildiyini iddia edərək birlikdə fahişəliklə məşğul olduqlarını deyib. 

Zərərçəkmiş qız isə məhkəmədə, "Məni satırdı, çünkü mənim zorlanmağımla pul qazanırdı” – deyib. 

Qeyd edək ki, yeniyetmə qızla intim münasibətdə olmuş Msaykl But da polis tərəfindən saxlanılıb

Digər xəbərlər
SON XƏBƏRLƏR