Bakıda birgə Bəyannamə qəbul olundu

img

30-10-2014 [20:19]


Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forum başa çatıb.

Bu gün forum öz işini regional sessiyalarla davam etdirib.

Sessiyalarda Afrika, Ərəbistan və Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı görülən işlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.

Sessiyalarda, həmçinin "Ebola" virusuna qarşı birgə mübarizədən söhbət açılıb. Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan dünyada baş verən proseslərdən kənarda dayanmır: 

"Ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Ebola" ilə mübarizədə əziyyət çəkən ölkələr üçün BMT-nin Qlobal Fonduna 1 milyon dollar vəsaitin köçürülməsi ilə bağlı verilən qərarda bunu göstərdi".

Sonda Gənclər Siyasəti üzrə I Qlobal Forumunun Bakı Bəyannaməsi qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR