Təşkilat sədri icra başçısını məhkəməyə verəcək

img

30-10-2014 [19:45]


AXCP-nin Sumqayıt şəhər təşkilatı icra hakimiyyətinin başçısı Eldar Əzizovu məhkəməyə verir.

Bunu İnterpress.az-a təşkilatın sədri İsa Qurbanov deyib. Onun sözlərinə görə, məclisin qərarı ilə oktyabrın 26 partiyanın şəhər şöbəsinin konfransı keçirilməli idi: "Buna bütün hazırlıq görülmüşdü. Özəklərdə hesabat-seçki yığıncaqları keçirilmişdi. Konfransın keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə məktubla müraciət etdik və 150 nəfərlik zal istədik. Ancaq İcra Hakimiyyəti buna səlahiyyətinin olmadığını bildirərək imtina etdi”.

Təkrar olaraq İH-nə müraciət edən təşkilat nəticənin təkrarlanacağı təqdirdə, icra başçısını məhkəməyə verəcək: "Biz birbağa Eldar Əzizova müraciət etmişik. Ona görə də məhkəməyə məhz icra başçısını verəcəyik. Əgər yerli məhkəmə ədalətli qərar çıxarmasa Avropa Məhkəməsinə qədər gedəcəyik. Çünki yerli icra orqanları siyasi partiyaların fəaliyyəti üçün şərait yaratmağa borcludur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR