Nazir oğlunun adı qətl sifarişi işində-IDDIA

img

30-10-2014 [17:06]


"Azadlıq" qəzeti Türkiyənin "Hürriyət" qəzetinə istinadən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adının dəhşətli cinayətdə hallanması ilə bağlı məlumat yayıb.

"MİA" xəbər verir ki, məlumata görə 2013-cü ilin may ayının 14- də bir nəfərin silahla yaralanması olayı Türkiyədəki "Hürriyyət" qəzetinin səhifələrinə düşüb. Hadisə adi kriminal olmaqdan çıxıb. Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub. Bu silahlı münaqişə isə Anar Məmmədovun cangüdənləri arasında olub.

Hadisə ötən il, mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verib. "Hürriyət" qəzeti yazır ki, bu qanlı hadisə Ziya Məmmədovun oğlu Azərbaycan-Amerika Alyansının prezidenti, Garant Holdingin prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddə olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında olub. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR