Dekanı məhkəmə zalında həbs etdilər - Azərbaycanda!

img

29-10-2014 [13:05]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin Tibb Fakültəsinin dekanı olmuş Xudayar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, X.Həsənov məhkəmə zalında həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
X.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311-ci (rüşvət alma ) maddələrinə əsasən ittiham edilib.

Qeyd edək ki, ibtidai istintaq və məhkəmə dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR