Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi, Vilayət Eyvazovun qardaşı oğluna vəzifə verildi

img

29-10-2014 [12:21]


Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub. 

Nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəis müavini Niyaməddin Eyvazov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) rəis təyin edilib. 

Qeyd edək ki, polis polkovnik-leytenantı N.Eyvazov daxili işlər nazirinin müavini Vilayət Eyvazovun qardaşı oğludur. 

Xatırladaq ki, bir müddət əvvəl Binəqədi RPİ CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Heydər Heydərli vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin rəis müavini təyin edilmişdi(Report.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR