Zakir Həsənov hərbi hissədəki vəziyyəti yoxlayıb - FOTO

img

25-10-2014 [20:15]


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələr müasir döyüş texnikası ilə təmin edilir və hərbi hissələrdə davamlı olaraq təmir-tikinti işləri aparılır.
Oktyabrın 25-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsində olaraq aparılan işlərin vəziyyəti ilə maraqlanıb.
Mia.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Zakir Həsənov hərbi hissənin ərazisində qısa müddətdə həyata keçirilən işlərlə tanış olub, şəxsi heyətin rahat, isti şəraitdə yerləşməsi və qidalanması üçün əsgər kazarmalarını və yeməkxanada yaradılmış vəziyyəti yoxlayıb.
Sonra hərbi hissənin mühəndis-istehkam parkında döyüş texnikasının hazırlığına baxış keçirilib.
Bildirilib ki, müharibə şəraitində hücum edən qoşunlarımızın maneəsiz, düşmənin müdafiə xəttini yararaq onun fortifikasiya qurğularını qısa zamanda asanlıqla keçməsi mühəndis-istehkam hərbi hissələrinin qarşısında duran əsas döyüş tapşırıqlarından biridir.
Bu məqsədlə Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdikləri xüsusiyyətlər, onların texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün yeni və müasir mühəndis-istehkam texnikası alınaraq qoşunların təminatına verilib.
Sonda müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR