Putin son gizlinləri açdı - Açıqlamalar

img

25-10-2014 [17:29]


Rusiya Prezidenti Vladimir Putin Ukraynada baş verən hadisələrin pərdəarxası məqamlarını açıqlayıb.
 
Rus lider Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Kiyev hadisələri zamanı paytaxtı tərk etməsini "böyük səhv” adlandırıb.
 
Putin Ukraynanın Avropa Birliyinə (AB) daxil olması mövzusunda Rusiyanın sivil bir müzakirə forması təklif etdiyini, lakin Kiyev hökumətinin bununla razılaşmadığını bildirib: "İsrarla, amma sivil bir şəkildə əlimizdəki dəlil və arqumentləri onlara təqdim etdik, yarana biləcək problemləri onlara hesabat olaraq çatdırdıq. Amma bizi dinləmək istəyən və ya bizimlə danışmaq istəyən bir nəfər tapılmadı. Ukraynanın kompleks siyasəti dövləti bu günə saldı. Bu hadisələr ucbatından minlərlə insan öldü. Niyə?”
 
Yanukoviç Kiyevi tərk etməməliydi
 
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ilə aralarında baş tutan telefon danışığından söz açan Putin aralarında razılıq əldə olunduğunu etiraf edib: "Yanukoviç çox həyəcanlı idi. Məndən soruşdu: "Fevral razılaşmasını imzaladıq, hadisələr bir az səngidi. Xarkova getməyi planlaşdırıram. Ölkə bu vəziyyətdə olarkən mən Xarkova gedə bilərəmmi?” Cavabında isə dedim ki, getmək olar. İmzalanan sənədlər var. Avropa ölkələrinin Xarici İşlər nazirləri bu razılaşmalar üçün zəmanət verib. Arxayın ola bilərsən. Bu danışıqdan sonra anladım ki, hər şey heç də yaxşı olmayacaq”.
 
Yanukoviçin paytaxtı tərk etməsindən sonra ona kömək etdiyini deyən Putin bunu qəhrəmanlıq adlandırıb: "Yanukoviç Xarkova getdi. Bu, böyük iradə tələb edirdi. Amma bundan sonra hökumət binaları işğal edildi. Sonra biz də Yanukoviçin Rostova gəlməyinə kömək etdik”.
 
Qarşıdurma dayanarsa...
 
Putin Ukraynada qarşıdurmanın dayanacağı təqdirdə ölkənin ərazi bütövlüyünün qorunacağına zəmanət verib: "Ukraynada döyüşlər dayanarsa, bu ölkənin ərazi bütövlüyü qorunacaq. Ukraynanın suverenliyinə hörmət edirik. Bu bir tarixi gerçəkdir ki, Ukrayna dövləti var. Ancaq Qərb ölkələrinin dəstəyi ilə hakimiyyət çevrilişi reallaşıb. Krım xalqının gələcəyinə görə, biz bu suverenliyi tanımırıq və buna hörmət etmirik. Biz Ukrayna-Rusiya əlaqələrinin normallaşması və inkişafını gözləyirik”.
 
"Qazprom”a təzyiq göstərdim
 
Ukrayna ilə təbii qaz probleminin həll edilməsi üçün səy göstərdiklərini deyən Rusiya prezidenti "Qazprom”a təzyiq göstərdiyini etiraf edib: "Qazprom”a borcun min kubmetr üçün endirimli qiymətin 268 dollardan hesablanması üçün təzyiq etdim. "Qazprom”un borc üçün min kubmetrə görə 485 dollardan 5,3 milyard dollar əvəzinə 3,5 milyard dollara razılaşmasını istədim. Rusiya və Ukrayna eyni düşüncəyə sahibdir. Avropa isə fərqli. Bir alicənab qız dostunu restorana dəvət etsə, hesabı ödəyir. Qərbdə isə hər kəs öz hesabını ödəyir. AB Ukraynanı birliyə dəvət edir. O zaman Ukraynaya kömək etməlidir”.

axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR