Azərbaycana bu gün qar yağacaq

img

25-10-2014 [15:34]


Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava kəskin dəyişəcək. Respublikanın rayonlarında isə oktyabrın 25-də hava şəraitinin əvvəlcə şimal və qərb, axşama doğru isə əksər rayonlarda yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava olacaq, bəzi yerlərdə yağıntı gözlənilir. Güclü şimal-qərb küləyi ilə axşama doğru mülayimləşəcək. 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 8-12 dərəcə olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundqan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Rayonlarda yağıntı olacaq, arabir intensivləşəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Güclü qərb küləyi əsəcək. Aran rayonlarında temperatur gecə və gündüz 8-13 dərəcə, dağlıq ərazilərdə gecə -3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR