Lənkəranda daha bir ana ölümü - xəstə yaxınları həkimi günahlandırır

img

25-10-2014 [15:19]


Dünən Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana ölümü baş verib. 

ANS PRESS-in məlumatına görə, Astara royonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb.

Əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Mehparə Cəzail qızı Rufullayeva edib. Əməliyyat dünən axşam saatlarında aparılsa da, bu gün səhər saatlarında ana ikinci dəfə əməliyyata götürülüb.

Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qohumları ölümdə həkimi günahlandırırlar. Bildirilir ki, əməliyyatdan əvvəl ananın səhhətində heç bir problem olmayıb. Əksinə bir neçə gün qabaq xəstəxana şəraitində yoxlanıb, müalicə almışdır. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə əlaqədar xəstəxana ilə əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı. Xəstəxanın baş həkimi Ağabala Kəlbiyev zənglərə cavab vermədi. Baş həkimin müavini Taleh həkim isə Bakıda olduğunu əsas gətirərək açıqlama vermədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub