ARDNŞ qəzada ölən işçiləri adlarını açıqladı

img

25-10-2014 [12:51]


"Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş verən uçqun nəticəsində ölənlərin adları açıqlanıb. 

ARDNŞ-dən verilən məlumata görə, həlak olanlar "Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğludur. 

4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğlunun axtarışları isə davam etdirilir.

Qeyd edək ki, hadisə oktyarın 23-də baş verib.Hadisə nəticədə itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlımışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR