Hadi Rəcəbli: “Tibbi sığortanın tətbiqi 2016-cı ildə başlayacaq”

img

24-10-2014 [13:51]


Baş nazirin müavini Əli Əhmədov tibbi sığorta sahəsində dünya təcrübəsinin öyrənilməsi üçün beynəlxalq tədbir keçirib. 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına deyib ki, bu tədbirin Bakıda təşkil olunması təqdirəlayiqdir. Onun fikrincə, bu, Azərbaycanın səhiyyə sistemində islahatlar aparılması üçün də çox vacibdir: "Müzakirələr zamanı bəlli oldu ki, bu gərgin prosesdir, Türkiyə və Moldova tibbi sığorta məsələsini 5 ilə həyata keçirə bilib. Müzakirələrin əsas məqsədi dünya təcrübəsində olan səhvlər və müsbət məqamların müəyyənləşdirilməsinə xidmət edirdi”. Komitə sədrinin sözlərinə görə, Əli Əhmədovun nəzarəti və səyi ilə bu işlər ardıcıl aparılacaq və nəticələr verəcək, 2015-ci ildə də işlər davam etdiriləcək: "Tibbi sığortaya 2016-cı ildən pilot layihə kimi tətbiq olunmağa başlanılacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR