Bu maşınla bağlı araşdırma aparılır- DYP-dən reaksiya

img

24-10-2014 [13:32]


"90 MP 090 dövlət nömrə nişanlı avtomobilin kimə məxsus olması barədə araşdırmalara başlanılıb”.

Mia.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

K. Əliyev avtosfer.az saytının apardığı araşdırmaya da münasibət bildirib. Qeyd edib ki, nəqliyyat vasitəsi haqqında informasiyanın digər şəxsə verilməsi mümkün deyil:

"Başqa şəxsin özəl əmlakı barədə məlumat verə bilmərik.

Həmin avtomobilin qayda pozuntusu, avtoxuliqanlıq hərəkəti ilə bağlı kimdə məlumatlar varsa, quruma təqdim edə bilər. Yazıda qeyd olunub ki, nömrə sistemdə mövcud deyil. Bu məsələdə konkret fakt yoxdur. Kimsə sosial şəbəkədən şəkil çəkdirib yerləşdirib. Həmin şəkillə biz neynəyəcəyik?

Göstərilən videoda da sürücünün düz yolda, qumluqda avtomobili necə idarə etməsi çəkilib. Amma qumluq ərazidə yol polisi xidmət aparmır. Bu avtomobilin kimə məxsus olduğunu bilmirlər? Bütün hallarda DYP-nin müvafiq şöbəsi bu avtomobil barəsində araşdırmalara başlayıb. Nəticəsi barədə məlumat veriləcək”

Günel


Digər xəbərlər
SON XƏBƏRLƏR