Məhkum türmədə öldü

img

24-10-2014 [12:18]


Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. 

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, təcridxanada saxlanılan, Astara rayon sakini, 1960-cı il təvəllüdlü İlkin Qurbanov qəfildən dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum ürək tutmasından keçinib.

Polisdən həmçinin bildirilib ki, İ. Qurbanov 5 dəfə məhkumluq həyatı yaşayıb.

Sonuncu dəfə o, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR