Kəskin soyuqlar düşəcək

img

24-10-2014 [12:04]


Oktyabrın 25-i axşamdan, 26-da gün ərzində Bakı və Abşeron yarımadasında hava küləkli olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev ANS PRESS-ə açıqlamasında bildirib ki, oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı ehtimal olunur. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürəti artacaq. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.

Bölgələrdə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.

Bu gün ölkə ərazisində temperaturun 17-22 dərəcə isti olacağı gözlənilirsə, oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində - oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR