Bacısı tərəfindən başı kəsilən qızın müəllimi danışdı

img

24-10-2014 [11:46]


Ötən gün Bakıda bacısı tərəfindən qətlə yetirilən Nuriyeva Günel Etibar qızının oxuduğu Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasından açıqlama verilib. 

Mərhumun təhsil aldığı akademiyanın dekan müavini sayta açıqlamasında bildirib ki, mərhum Günel Nuriyevın cinsi azlıq nümayəndəsi olması barədə yayılan məlumatların heç bir əsası yoxdur: "Çox yaxşı tələbə olub. Rayondan bura gəlmişdi. Çox sakit biri idi. Biz onda hər hansı bir dəyişiklik müşahidə etməmişik. Gənc bir qız haqqında elə sözlər yazmaq olmaz. Onun haqqında yazılanlar yalnış məlumatdır. Həmin xanım çox yaxşı bir ailənin övladı olub. Bu ailəyə vurulan zərbə idi. İnternetdə bəziləri qızlara ləkə yaxırlar”.

Dekan müavini xatırladıb ki, bacılar Şəki rayonundan olublar və Bakı şəhərində kirayə yaşayırlarmış: "Bacılarının hər ikisi yaxşı qız olub. Bacısı ilə dərsə gəlib-gedirdi. Belə bir hadisənin baş verməsi bizədə pis təsir etdi”(AzVision.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR