60 yaşlı qadın özünü 8-ci mərtəbədən atdı - Dəhşət

img

24-10-2014 [11:27]


Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonunda dəhşətli anlar yaşanıb. Suraxanı rayon Prokurorluğunun müstəntiqi Kamran Sadıqovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində, D yaşayış massivində qeydə alınıb.

Dünən axşam saat 20:30-da qeyd edilən ünvanda yaşayan 1954-cü il təvəllüdlü Sevil Ələkbər qızı Babayeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən, yataq otağının pəncərəsindən ataraq intihar edib.

"Qeyd edilən ünvanda yaşayan ailə çox mədənidir. Qadın şəkər xəstəsi olub. Ayağında çürümə prosesi gedirmiş. Ayaq barmaqlarından biri kəsilib, amma yenə qaralma davam edirdi. Yoldaşı Məmməd Abdulrəhmanovun özü də xərçəng xəstəsidir. Qadının bədənində də şiddətli ağrılar olub”, - deyə Kamran Sadıqov bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR