Daha bir ölkədən Rusiyaya ağır zərbə

img

23-10-2014 [22:54]


İsveç hökuməti Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb. İsveç Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etmək və iki ölkənin Silahlı Qüvvələrinin arasında əməkdaşlıq müqaviləsini uzatmamaq barədə qərar verib.

"Rusiya ilə hərbi əməkdaşlığımız dayandırıldı", - deyə İsveç hökuməti açıqlama yayıb.

Qeyd edək ki, İsveç sularında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın görünməsi haqqında yayılan məlumatlar geniş rezonans doğurmuşdu. İsveç Müdafiə Nazirliyi Rusiyadan izahat istəmişdi.

Rusiya tərəfi isə açıqlama vermişdi ki, Baltik dənizində sualtı qayığın İsveç sularında görünməsi barədə heç bir məlumat yoxdur(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR