22 yaşlı oğlan 45 yaşlı anasını boğdu - Xırdalanda namus qətli - YENİLƏNİB

img

23-10-2014 [18:57]


Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib. 

Mia.az Axar.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yeni tikilmiş binada baş verib. 1971-ci il təvəllüdlü Fatma Oruc qızı Qurbanova öz oğlu, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə tərəfindən öldürülüb. Onun anasını boğaraq öldürdüyü bildirilir.

Anasını öldürən 22 yaşlı H.Nağızadə hadisədən dərhal sonra polisə təslim olub.

Faktla bağlı Abşeron Prokurorluğunda cinayət işi açılıb. H.Nağızadə qətli namus üstündə törətdiyini bildirib.

***
Günün qurbanı olan 1971-ci il təvəllüdül Qurbanova Fatimə Oruc qızı öz oğlu, Rusiya vətəndaşı Hümbət Elşən oğlu Nağızadə tərəfindən boğularaq öldürülüb. H.Nağızadə qətli törədəndən sonra dərhal poli idarəsinə gedərək təslim olub.

Məlumata görə, H.Nağızadə Sankt-Peterburq şəhərində yaşayır və Bakıya da təxminən bir ay öncə tətilə gəlibmiş.

H.Nağızadə ilkin istintaq zamanı deyib ki, anasını başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün öldürüb. Hümbət deyib ki, Qafqaz Universitetində oxuyan kiçik qardaşı onunla söhbətində anasından başqa kişilərlə oturub-durmasından şübhələndiyini deyib.

Lakin Hümbət Nağızadə müstəntiqlərin ona ünvanladığı "sizin və qardaşınızın bu şübhələri düz çıxdımı” sualına "yox” deyə cavab verib. O deyib ki, anası günahsız olduğunu bildirib.

Buna baxmayaraq gənc oğlan anasına inanmayıb və onu boğaraq qətlə yetirib.

"Öldürülən qadının əri Elşən Nağzadə iki il bundan əvvəl vəfat edib. Fatimə Qurbanova yüngül əxlaqlı qadına oxşamayıb. Heç qonşuları da onun haqqında pis heç nə demirdilər. Deyirdilər ki, başıaşaağı aqdındır. Amma sadəcə yalnız quru şübhə qətllə nəticələnib” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onu da bildirək ki, mərhumə F.Qurbanova üç uşaq anası olub. Onun ən kiçik uşağı qızdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR