Zakir Qaralov islahatlardan danışdı - Görüş

img

23-10-2014 [18:51]


Bu gün baş prokuror Zakir Qaralov Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujniyeks ilə görüşüb.
Ölkəmizin Avropa Şurası və onun institutları ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayan baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, həmçinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş konkret işlər barədə ətraflı məlumat verib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin insan hüquq və azadlıqlarının daha dolğun müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Zakir Qaralov son illərdə prokurorluq orqanlarında bu sahədə həyata keçirilmiş islahatlardan danışıb.
Avropa Şurası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu vurğulayan N.Mujniyeks əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filippoviç və digər rəsmi şəxslər iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR