Hökumətdə seks qalmaqalı

img

23-10-2014 [18:20]


Yaponiyada Sindzo Abe hökuməti bu həftə ərzində üçüncü qalmaqalını yaşayır. 

ANS PRESS-in məlumatına görə, buna səbəb yeni iqtisadiyyat, ticarət və sənaye naziri Eiti Miyadzavanın açıqlamaları olub. 

Yeni nazir etiraf edib ki, onun işçiləri siyasi fondların vəsaitlərini sadomazoxist seks barlarında xərcləyiblər. Nazirlik işçilərinin əməlləri barədə məlumatlar KİV-də və internetdə yayıldıqdan sonra Miyadzava onlardan uzaq durmağa çalışıb və bəyanat verib ki, o, işçiləri ilə birlikdə olmayıb. 

Amma o etiraf edib ki, onun işçiləri bu şübhəli əmələ 18 230 ien (170 dollar) xərcləyiblər. Hadisə 2010-cu ildə Xirosimada baş verib və Miyadzavanın işçiləri seks-bara baş çəkiblər. 

Bazar ertəsi isə hökumətin iki üzvü iqtisadiyyat, ticarət və sənaye naziri Yuko Obuti və ədliyyə naziri Midori Matsusima da dövlət pullarını seçijiləri satın almaqda günahlandırılıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR