İŞİD-in nəzarətində olan Mosuldakı acı reallıq

img

23-10-2014 [16:03]


Amerikanın "Vox” adlı internet saytı iyunun 13-də İŞİD tərəfindən işğal olunan İraqın ikinci böyük şəhəri Mosuldakı son durum haqda yazı hazırlayıb. Yazıda qeyd olunur ki, hazırda Mosulda həyat "kabusdur”. 

Yazıda qeyd olunur ki, Mosulda elektrik enerjisi demək olar ki, yoxdur. Benzinin qiyməti isə hər gün artmaqda davam edir. Şəhərdə işsizlik böyük faciəyə çevrilib. Bundan başqa İŞİD-çilər öz yaralılarını müalicə etmək üçün xəstəxanalardakı tibbi ləvazimatları, dərmanları müsadirə etdiyindən Mosuldakı dövlət xəstəxanlarında dərman çatışmazlığı yaşanır. Yalnız İŞİD-in xəstəxanalarında dərman və tibbi ləvazimatlar mövcuddur.

Məqalədə bildirilir ki, hazırda Mosulda gündə yalnız iki saat su verilir, evlərə su vurmaq üçün 200 min İraq dinarı pul istəyirlər. Daha əvvəl bu qiymət 50 min dinar olub. Bundan başqa Bəyci, Səlahəddin, Zumar, Ənbar və digər savaş bölgələrindən qaçan insanlar ağır durum olsa da, Mosula sığınıblar. Hazırda qaçqın düşərgələrində qalan insanların durumu xeyli ağırdır, qaçqınların qaldıqları çadırlar dağılıb, qışa uyğun deyil. Məqalə müəllifinə görə, qaçqınlara yalnız Mosul sakinləri yardım edir. 

Yazıda həmçinin İŞİD-in orta məktəblərdə dərslərə xüsusi tələblər diktə etdiyi, ancaq eyni zamanda yerli şagirdlərin böyük əksəriyyətinin məktəbə getmədiyi qeyd olunur. Eyni zamanda Mosulda ən ağır durumda olan zümrəninin qadınlar olduğu bildirilir. Qadınların İŞİD-in tətbiq etdiyi sərt qaydaların çərçivəsində böyük basqı altında olduğu, sayta danışan Britaniyada təhsil almış qadın professorun iyun ayında baş verən işğaldan bu yana evini tərk etmədiyi qeyd edilir.
  
Kənan Rövşənoğlu,
Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR